RUSİYA

Rusiya iqtisadiyyatı böyüməyə davam edir – Putin

Rusiya Federasiyasının Prezidenti qeyd edib ki, korporativ kredit portfelinin davamlı, balanslaşdırılmış artımını təmin etmək lazımdır.
Sputnik
BAKI, 28 oktyabr — Sputnik. Rusiya iqtisadiyyatı böyüməyə davam edir. Bunu Rusiya Prezidenti Vladimir Putin videokonfrans vasitəsilə iqtisadi məsələlərə həsr olunmuş iclasda bildirib.

"Bu ilin üçüncü rübündə ÜDM dinamikasının bir qədər yavaşlamasına baxmayaraq, İqtisadi İnkişaf Nazirliyinin məlumatına görə, Rusiya iqtisadiyyatının ÜDM yanvar-avqust aylarında 4,2% artıb", - Putin iqtisadi məsələlər üzrə iclasda bildirib.

Onun sözlərinə görə, korporativ kreditləşməyə gəlincə, iqtisadiyyatda mövcud kifayət qədər yüksək faiz dərəcələrinə rəğmən, Rusiyada bu seqment hələ də sürətlə böyüməkdə davam edir.
Rusiya Prezidenti qeyd edib ki, korporativ kredit portfelinin davamlı, balanslaşdırılmış artımını təmin etmək lazımdır.

"İqtisadiyyatda çətinliklər və balanssızlıqlar davam edir. Rusiya iqtisadiyyatı heç də sadə olmayan şərtlərin yaratdığı çətinliklərlə üzləşir: bunlara sanksiyalar və özünün struktur məhdudiyyətləri, o cümlədən kadr və texnologiya, logistika çatışmazlığı daxildir. Ölkə iqtisadiyyatındakı işlərin vəziyyətini təkcə daim təhlil etmək deyil, həm də müsbət tendensiyaların möhkəmlənməsi və daha davamlı olması üçün iqtisadi siyasət tədbirlərinə vaxtında düzəlişlər etmək vacibdir", - Putin deyib.

RF lideri onu da qeyd edib ki, kreditlərin strukturu və iqtisadiyyatın cəlb olunduğu sektorlar "uzunmüddətli, strateji problemlərin həlli üçün mümkün qədər çox çalışmalıdır".
Bundan əvvəl Putin qlobal iqtisadiyyatda yeni böhran təhlükəsi barədə xəbərdarlıq etmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.