RUSİYA

Rusiya Gürcüstanın daxili işlərinə qarışmır - Peskov

RF prezidentinin mətbuat katibi bildirib ki, müdaxilə cəhdləri adi gözlə də görünür, lakin bu Rusiya deyil.
Sputnik
BAKI, 28 oktyabr — Sputnik. Gürcüstanda seçkilərdən sonra vəziyyəti gərginləşdirməyə cəhdlər edilir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Avropa ölkələrindən olan qüvvələr səsvermənin nəticələrinə təsir göstərməyə çalışır.

"Müdaxilə cəhdləri adi gözlə də görünür, lakin bu, Rusiya deyil. Avropa ölkələrindən, müxtəlif Avropa institutlarından çoxlu sayda qüvvə bu səsvermənin nəticələrinə təsir göstərməyə çalışıb", - Kreml nümayəndəsi bildirib.

Onun sözlərinə görə, adıçəkilən qüvvələr öz niyyətlərini gizlətmirlər.
O, söhbətin konkret hansı ölkələrdən getdiyini açıqlamasa da, Rusiyanın Gürcüstandakı vəziyyətə müdaxilə etmədiyini qətiyyətlə bildirirb.

"Biz Gürcüstanın daxili işlərinə qarışmırıq və qarışmaq niyyətində deyilik", - Peskov əlavə edib.

Oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib. Yerli Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hakim "Gürcü arzusu" partiyası 54% səslə qalib gəlib. Müxalifət seçkinin nəticələrini qəbul etməkdən imtina edib.
Avropa Parlamenti səsvermə zamanı yol verilən ciddi pozuntular barədə məlumat verib. Gürcüstan prezidenti Salome Zurabişvili seçkiləri qeyri-legitim adlandırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.