RUSİYA

Küveyt Rusiya ilə strateji tərəfdaşlığı gücləndirmək istəyir - XİN rəhbərləri görüşdü

XİN rəhbərləri ikitərəfli münasibətləri və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.
Sputnik
BAKI, 28 oktyabr — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Küveytin xarici işlər naziri Abdulla Əl-Yəhya Moskvada görüşüb. Bu barədə Rusiya XİN məlumat yayıb.
XİN rəhbərləri ikitərəfli münasibətləri və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

"Bu gün biz təbii ki, ikitərəfli münasibətlərin vəziyyətini, regional və beynəlxalq məsələlərə, ilk növbədə Yaxın Şərqə münasibətimizi ətraflı nəzərdən keçirəcəyik", - Lavrov deyib.

Küveyt Xarici İşlər Nazirliyinin başçısı öz növbəsində Küveyt Əmiri Məşəl Əl Cabir Əl Əhməd Əl Sabahın və onun Vəliəhdi Xalid Əl Sabahın salamlarını Rusiya Prezidenti Vladimir Putinə çatdırıb, həmçinin Lavrovun Küveytə səfərinə ümidvar olduğunu bildirib.
"Bugünkü səfərim strateji tərəfdaşlıq xarakteri daşıyan əlaqələrimizi gücləndirmək məqsədi daşıyır", - Küveyt naziri əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.