BAKI, 28 oktyabr — Sputnik. Moskvada keçirilən hidrogen enerjisi üzrə beynəlxalq konfransda Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinin nümayəndələri Avrasiya İqtisadi Komissiyası (AİK) ilə birlikdə bu inkişaf etməkdə olan sahədə yeni əməkdaşlığı müzakirə ediblər.
Əsas diqqət prioritet problemlərin həllinə, o cümlədən texnologiyanın inkişafına, sənayedə hidrogen istifadəsinin təhlükəsizliyinin təmin edilməsinə, sertifikatlaşdırma və mütəxəssislərin hazırlanması məsələlərinə yönəldilib.
AİK-nin Sənaye Siyasəti Departamentinin şöbə müdirinin müavini Qalina Martinkeviç ittifaqa üzv ola ölkələrin sənaye qarşılıqlı fəaliyyətinin perspektivli istiqamətlərini və inteqrasiya layihələrinə maliyyə dəstəyi üçün yeni mexanizmi təqdim edib. O, Aİİ müəssisələrini birgə təşəbbüslərin hazırlanmasında bu mexanizmi nəzərdən keçirməyə çağırıb.
AİK-nin Sənaye Siyasəti Departamentinin şöbə müdirinin müavini Qalina Martinkeviç
© Sputnik / Владимир Астапкович
/ "Beynəlxalq əməkdaşlıq və elmi-texnoloji kooperasiya" sessiyası zamanı innovasiya sahəsində uğurlu pilot layihələr və elmi-texniki əməkdaşlıq müzakirə olunub. Belə tədbirlərin hidrogen enerjisi sahəsində idxalın əvəzlənməsi və texnologiyaların inkişafı ilə bağlı əməkdaşlığa töhfə verəcəyi vurğulanıb.
Konfransda hidrogen və hidrogenlə işləyən avtomobillərin istehsalı, daşınması, saxlanması sahəsində pilot inkişaflar təqdim olunur. Dövlət qurumları, biznes və elm arasında əməkdaşlığın əhəmiyyəti qeyd edilib.
"Astana" Beynəlxalq Elmi Kompleksinin Hidrogen Texnologiyaları Mərkəzi 2030-cu ilə qədər hidrogen enerjisi sahəsinin inkişafı Konsepsiyası ilə bağlı Qazaxıstanın strateji təşəbbüslərini təqdim edib.
Konfrans Aİİ-yə üzv olan ölkələrin, Çinin və Türkiyənin aparıcı ekspertlərinin, həmçinin AİK, Rusiyanın Energetika və Sənaye Nazirliyi, "Rosatom", "Qazprom" kimi təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilib.
Aİİ-nin 2025-ci ilə qədər sənaye əməkdaşlığının əsas istiqamətlərinə əsasən, hidrogen enerjisi sahəsi sənaye əməkdaşlığı üçün prioritet sahə kimi tanınır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.