RUSİYA

Rusiya Federasiyası istehsalçı ölkələrin reytinqində Böyük Britaniyanın yerini tutub

Kelin bildirib ki, Rusiya iqtisadiyyatı Avropa İttifaqı və G7 ölkələrindən daha sürətli böyüməyə davam edəcək.
Sputnik
BAKI, 27 oktyabr — Sputnik. Rusiya iqtisadiyyatını bərpa edib və istehsal həcminə görə ölkələr reytinqində yeddinci yeri tutub. Böyük Britaniya isə ilk onluğa daxil olmayıb.
Bunu Rusiyanın Londondakı səfiri Andrey Kelin Britaniya televiziyasına müsahibəsində bildirib. Müsahibə səfirliyin YouTube kanalında yayımlanıb.
"Rusiya istehsalın həcminə görə ölkələr sıralamasında yeddinci yeri tutub. Bu, hazırda ilk onluğu tərk etmiş Böyük Britaniyanın əvvəllər olduğu mövqedir" – diplomat britaniyalı jurnalist Laura Kyunsberqin Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların effekti barədə sualını cavablandırıb.
Kelin, həmçinin bildirib ki, Rusiya iqtisadiyyatı Avropa İttifaqı və G7 ölkələrindən daha sürətli böyüməyə davam edəcək.
Daha əvvəl Macarıstanın xarici işlər naziri Peter Siyyarto BMT Baş Assambleyasının tribunasında Rusiya Federasiyasına qarşı məhdudiyyətlərin bəzi Avropa iqtisadiyyatlarına Rusiya iqtisadiyyatından qat-qat çox ziyan vurduğunu demişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.