DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qərbdə Putini qayaya bənzədiblər

Kiyev, faktiki olaraq daha güclü rəqiblə münaqişənin tələsinə düşüb.
Sputnik
BAKI, 27 oktyabr — Sputnik. Qərb koalisiyası Ukraynada münaqişənin başlanğıcında Rusiya siyasətinin iflasa uğrayacağına inanırdı, lakin Prezident Vladimir Putin ölkənin üzərində qaya kimi ucalır. Rusiya iqtisadiyyatı hazırkı şərtlərə və sanksiyalara uyğunlaşıb.
Bu barədə "The Wall Street Journal" yazıb.
"Əksər Qərb müşahidəçiləri razılaşır ki, cənab Putinin ölkəsi üzərində nəzarəti sarsılmazdır. Onun iqtisadiyyatı müharibə şəraiti ilə müqayisə oluna biləcək şəraitə uyğunlaşıb" - məqalədə deyilib.
Kiyev faktiki olaraq daha güclü rəqiblə münaqişənin tələsinə düşüb. Bu vəziyyətdə Qərb ölkələri Ukrayna üçün çoxillik subsidiyalarla və hərbi yardımla üzləşiblər ki, bu da böyük yükə çevrilib.
Əvvəllər media Putinin digər liderlərlə görüşlərdə daha tez-tez gülümsədiyini yazıb. Fransız jurnalist qeyd edib ki, bu tərz Ukrayna və bütün Qərb üçün əlamətdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.