DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Braziliya prezidentinin köməkçisi Rusiya əleyhinə sanksiyaların əleyhinə çıxış edib

Avropa iqtisadiyyatı durğunlaşır, Rusiyanın ÜDM-i isə 3% artıb.
Sputnik
BAKI, 27 oktyabr — Sputnik. Braziliya Qərbi Avropa ölkələrinin ən çox əziyyət çəkdikləri Rusiyaya qarşı sanksiyaların əleyhinədir.
Bu barədə Braziliya prezidentinin beynəlxalq məsələlər üzrə xüsusi köməkçisi Selsu Amorim "Der Spiegel" jurnalına müsahibəsində danışıb.
O qeyd edib ki, Avropa iqtisadiyyatı durğunlaşır, Rusiyanın ÜDM-i isə 3% artıb.
"Bəli, bizim Rusiya ilə normal münasibətlərimiz var. Biz sanksiyaların əleyhinəyik" - Amorim vurğulayıb və ölkə lideri Luis İnasio Lula da Silvanın Kazan BRİKS sammitində Rusiya Prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırdığını vurğulayıb.
Braziliya prezidentinin köməkçisi qeyd edib ki, Rusiya qazı Aİ ölkələri üçün ABŞ-dan Avropaya dəniz yolu ilə çatdırılan enerji resurslarından xeyli ucuz başa gəlir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.