BAKI, 27 oktyabr — Sputnik. Ukrayna əhalisi 2022-ci ilin fevralından bəri on milyondan çox azalıb.
Bunu Birləşmiş Millətlər Təşkilatının sözçüsü Florens Bauer bildirib.
O, Cenevrədə keçirdiyi brifinqdə deyib: "Ukraynanın əhalisi on milyon nəfərdən çox azalıb".
BMT-nin Əhali Fondunun Şərqi Avropa üzrə regional direktoru əlavə edib ki, söhbət "insan kapitalında böyük azalma"dan gedir ki, bu da "Ukraynanın gələcəkdə bərpası üçün əsas elementi" təmsil edir.
Bauer vurğulayıb ki, Ukrayna hələ münaqişədən əvvəl də əhalinin xaricə axını ilə üzləşib. O, dəqiqləşdirib ki, ukraynalılar "başqa imkanlar axtarışında" ölkəni tərk edirlər.
"Əhali qocalırdı, onun ümumi sayı isə azalırdı" deyən Bauer, xüsusilə Ukraynanın ən aşağı doğum nisbətlərindən birinə sahib olduğunu qeyd edib.
Bundan əvvəl Ukrayna lideri Vladimir Zelenski ukraynalı gənclərin ölkədən qaçdığını etiraf edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.