DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Aİ Ukraynaya sülhməramlıların göndərilməsini müzakirə edəcək

Avropa İttifaqı ölkələri münaqişə bitdikdən sonra öz sülhməramlı qüvvələrini Ukraynaya göndərmək imkanını nəzərdən keçirirlər.
Sputnik
BAKI, 27 oktyabr — Sputnik. Avropa İttifaqı ölkələri münaqişə bitdikdən sonra öz sülhməramlı qüvvələrini Ukraynaya göndərmək imkanını nəzərdən keçirirlər.
Bu barədə "Politico" öz mənbələrinə istinadən xəbər verib.
"Ukraynaya avropalı sülhməramlıların göndərilməsi məsələsi gec-tez ortaya çıxacaq" – nəşr anonim avropalı rəsminin sözlərindən sitat gətirib.
O, Aİ ölkələrinin bu təklifi "Ukrayna münaqişəsi bitdikdən sonra" müzakirə edə biləcəyini ehtimal edib.
Xatırladaq ki, oktyabrın 19-da Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrellin G7 ölkələrinin müdafiə nazirləri ilə Kiyevin Rusiya ərazisinə hücumlar üçün uzaqmənzilli silahlardan istifadəsinə icazə verilməsi imkanları ilə bağlı danışıqlar aparmağı planlaşdırdığı məlum olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.