İQTİSADİYYAT

100 trilyon dollarlıq "qlobal maliyyə bombası" təhlükəsi

Bir çox ölkələrin artan borcları bütün dünya üçün gözlənilməz nəticələrə səbəb ola bilər. Qlobal borc yükü 2024-cü ilin sonuna kimi 94,8% təşkil edəcək.
Sputnik
BAKI, 27 oktyabr — Sputnik. 100 trilyon dollarlıq "qlobal maliyyə bombası"nın saatı partlayacağı ana doğru irəliləyir.
"Bloomberg" bəzi dövlətlərin artan borcu ilə bağlı müvafiq məqalə dərc edib.
Materialda göstərilib ki, bir çox ölkələrin artan borcları bütün dünya üçün gözlənilməz nəticələrə səbəb ola bilər. Qlobal borc yükü 2024-cü ilin sonuna kimi 94,8% təşkil edəcək. O cümlədən, ABŞ-da bu göstərici 97,4%, Çində 62,1%, Yaponiyada 254%, Fransada 111,3%, Böyük Britaniyada 103,2% təşkil edir.
G7 ölkələrində ümumi borc səviyyəsi 125,9% təşkil edir. Analitiklər 2050-ci ilə qədər onun 188%-ə yüksələ biləcəyini proqnozlaşdırırlar.
Bundan əvvəl ABŞ-ın qlobal iqtisadiyyatdakı payının Prezident Co Baydenin dövründə ilk dəfə olaraq 15%-dən aşağı düşdüyü və onun səlahiyyət müddətinin sonunda 14,76%-lə rekord minimuma düşəcəyi bildirilib.