DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə XİN İsrailin İrana raket zərbələri ilə bağlı etiraz bəyanatı yayıb

Türkiyə XİN bildirib ki, rəsmi Ankara regionda növbəti müharibə ocağının yaranması, eləcə də qanunsuzluğun hökm sürməsinin əleyhinədir.
Sputnik
BAKI, 26 oktyabr - Sputnik. Türkiyənin Xarici İşlər Nazirliyi İsrailin İrana raket zərbələri ilə bağlı bəyanat yayıb.
Bəyanatda qeyd olunub ki, İsrail regionu genişmiqyaslı müharibənin astanasına gətirib. Rəsmi Təl-Əvivin bu kimi addımlara son qoyması üçün beynəlxalq ictimaiyyət səylərini artırmalıdır.
Türkiyə XİN onu da bildirib ki, rəsmi Ankara regionda növbəti müharibə ocağının yaranması, eləcə də qanunsuzluğun hökm sürməsinin əleyhinədir.
Qurum həm region dövlətləri, həm də xarici aktorları Yaxın Şərqdə sülhün bərqərar olması istiqamətində səyləri artırmağa çağırıb.
Xatırladaq ki, ötən gecə İsrail hərbçiləri İranın paytaxtı Tehranda hərbi obyektlərə zərbələr endirib. İsrailin İrana hücumu nüvə və neft obyektləri ilə deyil, hərbi hədəflərlə məhdudlaşıb.
DÜNYA XƏBƏRLƏRİ
İsrailin İrana zərbələri haradan endirdiyi bəlli olub - Yenilənib
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.