DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İsveçrə kəşfiyyatı ABŞ-ın Kiyevə yardım etməsinin çətinləşdiyi qənaətinə gəlib

Seçkilər ABŞ-ın təhlükəsizlik siyasətinə, məsələn, Kiyev rejiminə yardımın azalmasına gətirib çıxara bilən "köklü dəyişikliklər" gətirə bilər.
Sputnik
BAKI, 26 oktyabr — Sputnik. ABŞ və onun avropalı tərəfdaşları Kiyev rejiminə hərbi dəstək verməkdə çətinliklərlə üzləşirlər.
Bu barədə İsveçrə Konfederasiyasının Kəşfiyyat Xidmətinin (SRC) illik hesabatında deyilir.
Sənəddə yaxın gələcəkdə Rusiyanın hərbi potensialının yalnız artacağı bildirilib.
"ABŞ və Avropa ölkələri üçün Ukraynaya ehtiyacı olan həyati yardımı göstərmək siyasi baxımdan çətinləşib" - hesabatda qeyd edilib.
Hələlik vaxt Rusiyaya işləyir. Bundan əlavə, ABŞ ərazisində seçki prosesi müəyyən çətinliklər yaradır. Seçkilər ABŞ-ın təhlükəsizlik siyasətinə, məsələn, Kiyev rejiminə yardımın azalmasına gətirib çıxara bilən "köklü dəyişikliklər" gətirə bilər.
Bundan əvvəl Londonun Ukraynaya 2,26 milyard funt-sterlinq təmin edə biləcəyi bildirilirdi. Pul G7-nin krediti çərçivəsində ayrılacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.