BAKI, 26 oktyabr — Sputnik. ABŞ xərclərini azaltmasa, müflis ola bilər.
Bu sözləri amerikalı sahibkar İlon Mask sosial şəbəkədə X* (keçmiş Twitter) səhifəsində bildirib.
Onun sözlərinə görə, Vaşinqton külli miqdarda borc götürmüş adama bənzəyir. Ölkə dövlət xərclərini azaltmasa, ciddi maliyyə çətinlikləri ilə üzləşəcək.
"ABŞ faktiki olaraq müflis olacaq" – Mask fikrini bildirib.
Onun paylaşımı bir internet istifadəçisinin şərhinə cavab olub. Sonuncu ABŞ-ın dövlət borcu üzrə faiz ödənişlərinin sayı ilə bağlı məlumatları təqdim edib.
Sahibkar qeyd edib ki, borc faizləri bütün vergi gəlirlərini mənimsəyə bilər. Bu zaman kritik ehtiyaclar üçün heç bir şey qalmayacaq.
Daha əvvəl bildirilmişdi ki, Mask ABŞ seçkilərində Donald Trampın namizədliyini dəstəkləyir. O, əmindir ki, hazırda ABŞ-ın gələcəyi üçün yalnız respublikaçılar məsuliyyət daşıya bilərlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.