DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

BRİKS ölkələrinin iqtisadi üstünlüyü artıq formalaşmaqdadır

BRİKS ölkələrinin təkcə iqtisadiyyatın gücü deyil, həm də geosiyasi arenada rolu artır.
Sputnik
BAKI, 26 oktyabr — Sputnik. Fransa Vətənpərvərlər Partiyasının rəhbəri Florian Filippo bildirib ki, BRİKS ölkələrinin iqtisadiyyatda üstünlüyü artıq reallığa çevrilir və Qərb dövlətləri bunun qarşısını ala bilməyəcək.
Bu barədə "RİA Novosti" yazıb.
"BRİKS-in iqtisadi üstünlüyü artıq formalaşmaqdadır. Artıq iki ildir ki, BRİKS-in ÜDM-i G7-nin ÜDM-ini üstələyir" - siyasətçi vurğulayıb.
O qeyd edib ki, BRİKS ölkələrinin təkcə iqtisadiyyatın gücü deyil, həm də geosiyasi arenada rolu artır. Belə ki, onun sözlərinə görə, anti-Rusiya sanksiyaları nəticə verməyib və dollar öz mövqeyini itirməkdə davam edir.
Bundan əvvəl Serb Respublikası Prezidenti Milorad Dodik bildirmişdi ki, BRİKS Qərbdən fərqli olaraq xidmətçilər deyil, tərəfdaşlar axtarır. Onun sözlərinə görə, BRİKS azadlıq və suverenliyə can atan ölkələr üçün cəlbedici bir birliyə çevrilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.