BAKI, 26 oktyabr — Sputnik. Polis Yasamal, Nəsimi və Binəqədi rayonlarında vətəndaşların 74.500 manatdan artıq vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 3 nəfəri saxlayıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Yasamal Rayon Polis İdarəsi (RPİ) 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin 63 min manatını, Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin 9 min manatını, Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə bir nəfərin 2530 manatını dələduzluq yolu ilə keçirməkdə şübhəli bilinən 47 yaşlı R.İbrahimov, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 40 yaşlı F.Qəhrəmanov və 22 yaşlı M.Ziyadov müəyyən olunaraq saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar aparılır.
16.09.24, 11:05
Bakıda 22 min dollarlıq dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bakının Binəqədi və Nəsimi rayonlarında dələduzluq əməlində şübhəli bilinən şəxslər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) beşinci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə sentyabrın 12-də bir nəfərin 22000 ABŞ dollarını dələduzluq yolu ilə almaqda şübhəli bilinən 23 yaşlı C.Məmmədov saxlanılıb.
"Həmçinin Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə avqustun 20-də bir nəfərin 3000 manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 41 yaşlı E.Cəfərov və 48 yaşlı R.Şükürov müəyyən olunaraq saxlanılıblar. Faktlarla bağlı araşdırma aparılır", - məlumatda qeyd olunub.