BAKI, 25 oktyabr — Sputnik. Oktyabrın 25-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Oktyabrın 25-də kimlər anadan olub?
Nəcibə Məlikova (1921–1992) - Azərbaycan SSR xalq artisti və aktrisadır. O, "Ögey ana", "Əhməd haradadır?", "Qanun naminə" və s. filmlərdə rol alıb.
Pablo Pikasso (1881–1973) - ispan və fransız rəssamı, heykəltaraşı, qrafiki, teatr rəssamı, keramisti və dizayneridir. O, XX əsr incəsənətinin ən tanınmış şəxsiyyətlərindən biridir.
Londonda hərrac evində Pablo Pikassonun əsərləri
© AP Photo / Frank Augstein
Qalina Vişnevskaya (1926–2012) - Sovet və Rusiya opera müğənnisi, aktrisa, teatr rejissoru, pedaqoq və SSRİ xalq artistidir.
Keti Perri (1984) - ABŞ müğənnisi, bəstəkarı, mahnı müəllifi, aktrisa, BMT-nin xoşməramlı səfiri və bir çox mükafatların laureatıdır.
Keti Perri
© AP Photo / Invision for Kitty Purry Inc. / John Shearer
Vlad Topalov (1985) - rusiyalı pop-"R&B" müğənnisi, rəqqas, aktyor və iş adamıdır. O, "Smash" qrupunun keçmiş solistidir. Rus və ingilisdilli pop musiqisinin ifaçısı və 2000-ci illərin yeniyetmə kumiri kimi populyarlıq qazanıb.
Vlad Topalov
© Sputnik / Нина Зотина
25 oktyabr tarixində dünyada baş verən tarixi hadisələr
1824-cü ildə Moskvada Mali Teatrı rəsmi olaraq açılıb.
1990-cı ildə Rusiyada ilk dəfə "Pole çudes" televiziya oyunu yayımlanıb.
2001-ci ildə "Microsoft Windows XP" əməliyyat sistemi buraxılıb.
1980-ci ildən Beynəlxalq Demokratik Qadınlar Federasiyasının qərarı ilə Beynəlxalq Qadınların Sülh uğrunda Mübarizə Günü qeyd olunur.
1991-ci ildə Moskvada Nizami Gəncəvi abidəsinin açılışı olub.
2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan ordusu Zəngilan, Cəbrayıl və Qubadlının bir neçə kəndini erməni işğalından azad edib.