DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Siyasətçi Filippo Qərbin Rusiyanı təcrid etmək cəhdlərinin uğursuz olduğunu açıqlayıb

Filippo "dünya əhalisinin yaxşı yarısını" təmsil edən 36 dünya liderinin, habelə BMT-nin baş katibi Antonio Quterreşin sammitə gəlməsinə diqqət çəkib.
Sputnik
BAKI, 24 oktyabr — Sputnik. Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippot hazırda Kazanda keçirilən BRİKS sammiti fonunda Qərbin Rusiyanı təcrid etmək cəhdlərinin iflasa uğradığını elan edib. Bu barədə fikrini o, sosial şəbəkələrdə bildirib.
Filippo "dünya əhalisinin yaxşı yarısını" təmsil edən 36 dünya liderinin, habelə BMT-nin baş katibi Antonio Quterreşin sammitə gəlməsinə diqqət çəkib. O, həmçinin qeyd edib ki, Qərb "Şübhəsiz ki, Rusiyanı tamamilə təcrid edə bilməz".
Bu baxımdan, fransız siyasətçi Parisin NATO, Avropa Birliyi və Vaşinqtonla əlaqəli digər strukturlardan müstəqilliyini bərpa etməli olduğu halda "bəşəriyyətin əksəriyyətinə" qarşı münaqişəni davam etdirməsindən təəssüfləndiyini bildirib. O, Fransanı bu birlikləri tərk edərək sülh yolu tutmağa çağırıb.
Bundan əvvəl irlandiyalı jurnalist Çey Bouz Rusiyanın təcrid olunduğu haqda Qərb mifini ələ salaraq, BRİKS sammitinə dünyanın ən böyük dövlətlərinin liderlərinin gəldiyini göstərib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.