BAKI, 25 oktyabr — Sputnik. Rusiya öz vəzifələrini yerinə yetirmək və məqsədlərinə çatmaq üçün XHƏ-ni davam etdirir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kazanda rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar zamanı Rusiya liderinin Ukraynada atəşkəs istəyini gördüyünü bildirib.
"Putin qarşıya qoyulan tapşırığa nail olmaq, onları yerinə yetirmək və məqsədə çatmaq üçün xüsusi hərbi əməliyyatın davam etdirilməsi ilə məşğuldur", - Peskov jurnalistlərə Ərdoğanın sözlərinin mənası ilə bağlı sualı cavablandırıb.
Xatirladaq ki, BRİKS-in Kazan sammiti oktyabrın 22-dən 24-dək baş tutub. BRİKS 2006-cı ildə yaradılmış dövlətlərarası birlikdir. Rusiya 2024-cü il yanvarın 1-dən BRİKS-ə sədrliyi qəbul edib. İl assosiasiyaya yeni üzvlərin qoşulması ilə başlayıb - Rusiya Federasiyası, Braziliya, Hindistan, Çin və Cənubi Afrikadan başqa, hazırda onun tərkibinə Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanı daxildir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.