BAKI, 25 oktyabr — Sputnik. Qara dəniz taxıl sazişinin bərpası ilə bağlı təkliflər qurumlar və mütəxəssislər tərəfindən öyrəniləcək, sonra mövqe Rusiya Prezidenti Vladimir Putinə təqdim olunacaq. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Həqiqətən də, prezident bildirib ki, gələcəkdə belə bir cəhdin (taxıl sazişinin yenilənməsi) mümkün müzakirəsi ilə bağlı sənəd layihəsi Türkiyə tərəfindən təqdim olunub. Hazırda bu sənəd bizim müvafiq qurum və mütəxəssislərimiz tərəfindən öyrənilir. Hazırki məsələ ilə bağlı mövqelər prezidentə bildiriləcək", - diplomat jurnalistlərə Qara dəniz taxıl müqaviləsinin bərpası ilə bağlı Kremlin mövqeyinin necə olduğu sualını cavablandırarkən jurnalistlərə deyib.
Bu yaxınlarda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda Vladimir Zelenski ilə danışıqlarda Ankaranın taxıl sazişinin bərpası və Ukraynada atəşkəsin dayandırılması üçün səy göstərəcəyini bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.