BAKI, 25 oktyabr — Sputnik. Putin də daimi atəşkəs yaratmağa çalışır. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan BRİKS sammitindən qayıdarkən jurnalistlərə verdiyi açıqlamada bildirib.
Türkiyə lideri qeyd edib ki, xarici işlər nazirimiz Hakan Fidan və Rusiyanın xarici işlər naziri Sergey Lavrov İstanbuldakı görüşlərində də bunu təsdiqlədilər:
"Qara dəniz taxıl dəhlizinin canlandırılması və minaların təmizlənməsi məsələlərindən əlavə, biz dünən axşam cənab Putin və onun nümayəndə heyəti ilə görüşümüz zamanı da gördük ki, əsir mübadiləsi ilə bağlı gözləntilər var. Hazırda bu məhbus mübadiləsi ilə bağlı addımları yaxından izləyirik. Biz problemləri diplomatiya yolu ilə həll etmək üçün bundan sonra da əlimizdən gələni edəcəyik".
Ərdoğan deyib ki, iki ölkə arasında sülh üçün danışıqlara tez bir zamanda başlamaq və faydalı nəticəyə yol açmaq istəyirlər.
"Buna nail olmaq üçün bundan sonra da yorulmadan çalışacağıq. Biz vurğulayırıq ki, müharibədə qalib, sülhdə isə uduzan olmayacaq. Bu müharibə mütləq bitəcək, bizim səyimiz onu daha çox qan və göz yaşı tökmədən bitirməkdir", - Ərdoğan bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.