BAKI, 25 oktyabr — Sputnik. Bakının Buzovna qəsəbəsində 322 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdinin bıçaqlanması hadisəsinin təfərrüatları məlum olub. Bakı Şəhəri Təhsil İdarəsindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, 25.10.2024-cü il tarixində dərsdən kənar vaxtda (saat 14:10 radələrində) məktəbdənkənar ərazidə 322 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdinə (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) xəsarət yetirilməsi haqqında məlumat daxil olub:
"Dərhal şagirdin xəstəxanaya aparılması üçün müvafiq tədbirlər görülüb və valideynə məlumat verilib. Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparıldığını nəzərə alaraq ictimaiyyətin bu mövzuda daha həssas davranması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur".
TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 14:30 radələrində 2007-ci il və 2008-ci il təvəllüdlü şəxslər Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub:
"Hər iki şəxsə döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu təyin olunub və dərhal əməliyyata alınıb. Cərrahi əməliyyatdan sonra yaralılar tibb müəssisəsinin Cərrahi profilli reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətləri ağır stabil qiymətləndirilir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.