BAKI, 24 oktyabr — Sputnik. Rusiya İttifaq dövlətinin üzvü kimi Belarusa qarşı təcavüzə cavab olaraq nüvə silahından istifadə etmək ehtimalını bildirir.
Bunu Rusiyanın müdafiə naziri Andrey Belousov bəyan edib.
"Hərbi-siyasi vəziyyətdəki dəyişikliklər Rusiya Federasiyasının nüvə qarşısının alınması sahəsində dövlət siyasətinin əsaslarını aydınlaşdırmaq və onu yeni reallıqlara uyğunlaşdırmağı zərurətə çevirib" – "RİA Novosti" Rusiya və Belarus Müdafiə nazirliklərinin birgə idarə heyətinin iclasından sitat gətirib.
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna ilə münaqişədə nüvə doktrinasından istifadənin mümkün olduğuna aydınlıq gətirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.