RUSİYA

Putin Rusiya ilə sərhədlərdə baş verən münaqişəyə görə təəssüfləndiyini bildirib

Prezident qeyd edib ki, hazırda planetdə bir çox silahlı qarşıdurmalar müşahidə olunur.
Sputnik
BAKI, 24 oktyabr — Sputnik. Rusiya Ukraynadakı vəziyyət də daxil olmaqla, dünyada mövcud olan bütün silahlı münaqişələrdən təəssüflənir.
Bunu Rusiya Prezidenti Vladimir Putin BRİKS sammitinin plenar iclasında "Autriç/BRİKS+" formatında çıxışı zamanı deyib.
O qeyd edib ki, hazırda planetdə çoxsaylı silahlı qarşıdurmalar müşahidə olunur və bu cür hadisələrin Rusiya sərhədlərində baş verməsi ölkə üçün böyük təəssüf hissi doğurur.
"Hazırda planetdə çoxlu silahlı münaqişələr var. Çox təəssüf ki, eyni şey bizim sərhədlərimizdə də baş verir", Rusiya dövlət başçısı Fələstin Prezidenti Mahmud Abbasın çıxışından sonra vurğulayıb.
Vladimir Putin qeyd edib ki, bugünkü Ukrayna Rusiyaya təhlükə yaratmaq üçün istifadə edilən Qərb mərkəzidir. Prezident əlavə edib ki, Ukrayna hakimiyyəti, hətta Qərb siyasətçiləri belə Moskvaya qarşı pis niyyətlərini gizlətmirlər. Onların hamısı Rusiyanı "strateji məğlubiyyətə" uğratmaq istəklərindən açıq şəkildə danışırlar.