SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Putin: Rusiya Federasiyasını məğlub etmək istəyənlər tarixi bilmirlər

Prezident Vladimir Putin bildirib ki, Rusiya Federasiyasının məğlub olmasını istəyənlər onun xalqının əsrlər boyu formalaşmış möhkəmliyini və birliyini yada salmalıdırlar.
Sputnik
BAKI, 24 oktyabr — Sputnik. Rusiya Federasiyasının strateji məğlubiyyətinə nail olmaq istəyənlərin hesablamaları, sadəcə, illüziyadır.
Bunu Rusiya Prezidenti Vladimir Putin BRİKS sammitinin plenar iclasında "autriç"/"BRİKS plus" formatında çıxışı zamanı bildirib.
Prezidentin sözlərinə görə, Qərb artıq bu cür hesablamaları gizlətməyə ehtiyac görmür.
"Birbaşa olaraq deyim ki, bunlar yalnız Rusiyanın tarixini bilməyənlərin edə biləcəyi illüziya hesablamalardır", - dövlət başçısı söyləyib.
O bildirib ki, Rusiya Federasiyasının məğlub olmasını istəyənlər onun xalqının əsrlər boyu formalaşmış möhkəmliyini və birliyini yada salmalıdırlar.
Xatırladaq ki, ABŞ-ın keçmiş Prezidenti Donald Tramp Rusiyanı Napoleonu və Hitleri məğlub edən "hərbi maşın" adlandırıb.