BAKI, 24 oktyabr — Sputnik. Delimitasiya komissiyaları haqqında müddəa qüvvəyə mindikdən sonra Azərbaycanla sərhədin delimitasiyası prosesinin aktivləşdirəcəyini gözləyirik. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
"Oktyabrın 23-də Ermənistan parlamenti dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında müddəanı ratifikasiya edib. Bu sənəd hər iki ölkədə qüvvəyə mindikdən sonra biz dövlət sərhədinin delimitasiyası prosesini intensivləşdirə biləcəyik. Ermənistanla Azərbaycan arasında sərhəd 1991-ci il Almatı Bəyannaməsinin əsas prinsiplərinə əsaslanır", Paşinyan Kazanda keçirilən BRİKS sammitinin yekun iclasında bildirib.
O vurğulayıb ki, Ermənistan Konstitusiya Məhkəməsinin bu hüquqi sənədlə bağlı qərarı nəhayət, bütün qorxuları dəf edib və Ermənistan Konstitusiyasında qonşu ölkələrə iddia edilən ərazi iddialarının olması ilə bağlı bütün arqumentləri aradan qaldırıb.