DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Münaqişələr bütün dünyaya yayıla bilər - Braziliya prezidentindən xəbərdarlıq

Silva qeyd edib ki, BRİKS-də kommersiya münasibətlərində xərcləri azaldacaq maliyyə sisteminin yaradılması müzakirə edilir.
Sputnik
BAKI, 24 oktyabr — Sputnik. Ukrayna və Yaxın Şərqdəki münaqişələr bütün dünyaya yayıla bilər. Bunu Braziliya prezidenti Lula da Silva Kazanda keçirilən BRİKS sammitinin iclasında video bağlantı vasitəsilə bildirib.
"Fələstində baş verən və indi Livana köçməkdə olan müharibə, həm də Rusiya ilə Ukrayna arasındakı münaqişə ilə bağlı birlikdə işləyəcəyik.
Onun sözlərinə görə, bir çox insanlar dünyanı dost və düşmənə bölmək istəyir, lakin zəif vəziyyətdə olan insanlar əziyyət çəkir. Braziliya prezidenti əlavə edib ki, insanlar iş, yemək, iqlim faciələri olmadan yaşamaq istəyirlər, silahsız və cinayətsiz bir dünya istəyirlər.
Silva qeyd edib ki, BRİKS-də kommersiya münasibətlərində xərcləri azaldacaq maliyyə sisteminin yaradılması müzakirə edilir.
"Biz bank sistemi haqqında danışarkən, kommersiya əlaqələrimiz üçün xərcləri azaldacaq maliyyə sisteminin yaradılması imkanlarını müzakirə edirik" Braziliya lideri deyib.
O, həmçinin qeyd edib ki, söhbət assosiasiya üzvlərinin daxili maliyyə sistemlərinin dəyişdirilməsindən getmir.
Oktyabrın 22-də 36 ölkə və 6 beynəlxalq təşkilatın nümayəndələrinin iştirak etdiyi Kazan BRİKS sammiti işə başlayıb. Sammit ədalətli qlobal inkişaf və təhlükəsizlik naminə çoxtərəfliliyin gücləndirilməsi devizi altında keçirilən Rusiya Federasiyasının assosiasiyaya sədrliyi çərçivəsində yekun tədbir olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.