SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Hindistan XİN rəhbəri ölkəsini narahat edən məsələləri açıqladı

Caişankar qeyd edib ki, bu münaqişənin həllinə istənilən yanaşma ədalətli və uzunmüddətli olmalı, iki dövlətli həllə gətirib çıxarmalıdır.
Sputnik
BAKI, 24 oktyabr — Sputnik. Hindistan Yaxın Şərqdə münaqişənin genişlənəcəyindən narahatdır. Bunu Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar deyib.
"Yaxın Şərq və Qərbi Asiyadakı vəziyyət bizdə narahatlıq yaradır. Bölgədə münaqişənin daha da yayılması ilə bağlı geniş narahatlıq var. Dəniz ticarəti də ciddi şəkildə təsirlənib. Gərginliyin daha da artmasının insani və maddi nəticələri həqiqətən də ciddidir", XİN rəhbəri BRİKS sammitinin BRICS plus/outreach formatında yekun iclasında bildirib.
Caişankar qeyd edib ki, bu münaqişənin həllinə istənilən yanaşma ədalətli və uzunmüddətli olmalı, iki dövlətli həllə gətirib çıxarmalıdır.
Hindistanın xarici işlər naziri bir gün əvvəl Hindistanın baş naziri Narendra Modinin sammiti tərk etdikdən sonra ölkə nümayəndə heyətinə rəhbərlik edir.