DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ərdoğanın BRİKS sammitində iştirakı balans istəyindən xəbər verir - KİV

Nəşrin yazdığına görə, Türkiyə NATO-da strateji tərəfdaş olaraq qalır, lakin Qərbin anti-Rusiya sanksiyalarına qoşulmaqdan imtina edir, həmçinin Rusiya ilə ticarəti artırır.
Sputnik
BAKI, 24 oktyabr — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Kazanda keçirilən BRİKS sammitində iştirakı bir çox ölkələrin rəqabət aparan güclərlə münasibətləri balanslaşdırmağa çalışdığını göstərir.
Bunu ABŞ-ın "New York Times" qəzeti yazıb.
"Türkiyənin mövcudluğu bir çox ölkənin bir çox rəqabət aparan güclərlə münasibətlərini tarazlaşdırmağa çalışdığını ifadə edir", - nəşr yazır.
Nəşrin yazdığına görə, Türkiyə NATO-da strateji tərəfdaş olaraq qalır, lakin Qərbin anti-Rusiya sanksiyalarına qoşulmaqdan imtina edir, həmçinin Rusiya ilə ticarəti artırır.
Oktyabrın 22-dən 24-dək Kazanda dövlət başçılarının iştirakı ilə BRİKS sammiti keçirilir. BRİKS 2006-cı ildə Rusiya, Çin, Hindistan və Braziliya tərəfindən yaradılmış dövlətlərarası birlikdir; Rusiya 2024-cü il yanvarın 1-dən təşkilatın sədri postunu tutur. 2024-cü ilin əvvəlindən Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanı BRİKS-ə qoşulub. Rusiyanın BRİKS-ə sədrliyi ədalətli qlobal inkişaf və təhlükəsizlik üçün çoxtərəfliliyin gücləndirilməsi şüarı altında keçirilir.