BAKI, 24 oktyabr — Sputnik. Yaxın vaxtlarda BRİKS ölkələrinin bakalavr tələbələri üçün Beynəlxalq Olimpiadanın təşkili planlaşdırılır. Bu Olimpiadanın qalib və laureatları Rusiya universitetlərində magistratura proqramlarında pulsuz təhsil almaq imkanı əldə edəcəklər.
Bu barədə TASS-a Rusiya Təhsil və Elm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
"Olimpiadanın pilot olaraq keçirilməsi bakalavr pilləsinin məzunları üçün nəzərdə tutulub. Olimpiadanın qalibləri və mükafatçılarının Rusiya universitetlərində magistraturada pulsuz təhsil alması planlaşdırılır", - məlumatda bildirilib.
Mətbuat xidməti qeyd edib ki, gələcəkdə belə bir imkan digər BRİKS ölkələrinin universitetlərində təhsil almaq üçün də mövcud olacaq.
Hazırda fəal şəkildə olimpiadanın konsepsiyasını hazırlayır. Onun tarixləri, seçim meyarları və mövzuları 2025-ci ildə təyin olunacaq və elan ediləcək.
Daha əvvəl Rusiya Təhsil və Elm nazirinin müavini Konstantin Mogilyovski bildirib ki, 2025-ci ildə pilot layihə kimi BRİKS Beynəlxalq Olimpiadasının keçirilməsi planlaşdırılır.