BAKI, 23 oktyabr — Sputnik. Oktyabrın 23-də Kazanda Türkiyə və Rusiya Prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında keçiriləcək danışıqlarda yeni atom elektrik stansiyalarının tikintisi və Türkiyədə qaz qovşağının yaradılması müzakirə olunacaq.
Bu barədə Ankaradakı diplomatik mənbənin "RİA Novosti"yə məlumat verib.
Məlumata görə, dövlət başçılarının bu layihələrin gələcək inkişafı üçün müvafiq idarələrə konkret tapşırıqlar verməsi ehtimalı var.
"Tamamilə mümkündür ki, liderlər öz dəstəklərini ifadə etsinlər və bu təşəbbüsləri təşviq etmək üçün müvafiq göstərişlər versinlər" - agentliyin mənbəsi bildirib.
Daha əvvəl Vladimir Putin bildirib ki, Türkiyədəki qovşaq Avropada Rusiya Federasiyasından qaz almaq istəyən hər kəs üçün maraqlıdır. Bildirilib ki, layihə birinci mərhələdə qaz ticarəti üçün elektron platformanın yaradılmasını nəzərdə tutur.
Ərdoğan Türkiyədə London və Hamburqda olduğu kimi qaz mərkəzinin yaradılacağını bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.