DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

McDonald's-ın burgerlərində bağırsaq çöpü aşkarlandı, ölən və zəhərlənənlər var

Zərərçəkmişlər əsasən "Royal Çizburger" alıblar.
Sputnik
BAKI, 23 oktyabr — Sputnik. ABŞ-ın "McDonald's" şirkətinin səhmləri ABŞ-ın 49 sakininin çizburger yeyərək zəhərləndiyi xəbərindən sonra doqquz faiz ucuzlaşıb.
"Business Insider" bu barədə xəbər verib.
Xatırladaq ki, söhbət bağırsaq şöplərindən gedir.
"McDonald's səhmləri çərşənbə axşamı doqquz faizdən çox ucuzlaşıb" - nəşr bildirib.
Bundan əvvəl Amerikanın on ştatında 49 nəfərin McDonald's fast food restoranlarına baş çəkdikdən sonra bağırsaq infeksiyasına yoluxduğu bildirilmişdi. Bir nəfər ölüb, ən azı on nəfər xəstəxanaya yerləşdirilib.
Zərərçəkmişlər əsasən "Royal Çizburger" alıblar.
Zəhərlənmə halları Kolorado, Nebraska, Ayova, Kanzas, Missuri, Montana və digər ştatlarda qeydə alınıb. Kolorado və Nebraskadakı restoranlar burgerin satışını dayandırıblar.
Hazırda faktla bağlı araşdırma aparılır. Bağırsaq çöplərinin yayılmasına səbəb olan tərkib hissə müəyyən edilməyib. İlkin məlumatlara görə, söhbət soğan və ya mal əti kotletlərindən gedir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.