BAKI, 23 oktyabr — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev BRİKS sammitində iştirak etmək üçün Kazana gedib. Bu barədə RİA Novosti-nin müxbiri xəbər verir.
Onu hava limanında Tatarıstanın rəhbəri Rüstəm Minnixanov qarşılayıb. Minnixanov Azərbaycan Prezidentini milli tatar yeməyi çak-çak-a qonaq edib.
Oktyabrın 22-də Kazanda 36 ölkə və 6 beynəlxalq təşkilatın nümayəndələrinin iştirak etdiyi BRİKS sammiti işə başlayıb. Sammitdə Rusiya Federasiyasının sədrliyi altında ədalətli qlobal inkişaf və təhlükəsizlik naminə çoxtərəfliliyin gücləndirilməsi devizi altında yekun tədbir olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.