SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev Ankaradakı terror aktı ilə bağlı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Prezident bildirib ki, Türk Aviasiya və Kosmik Sənaye Şirkətində (TUSAŞ) törədilmiş terror aktı nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri onu sarsıdıb.
Sputnik
BAKI, 23 oktyabr - Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Ankarada hərbi təyyarə və kosmik vasitələrin istehsalçısı olan TUSAŞ korporasiyasında törədilən terror aktı ilə bağlı başsağlığı verib.
Başsağlığında deyilir:
"Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
Türk Aviasiya və Kosmik Sənaye Şirkətində (TUSAŞ) törədilmiş terror aktı nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri bizi olduqca sarsıtdı.
Biz bu xain terror aktını şiddətlə qınayır, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!"
Qeyd edək ki, terror aktı nəticəsində dörd nəfər ölüb, 14 nəfər yaralanıb.
DÜNYA XƏBƏRLƏRİ
Ərdoğan Putinə Ankarada törədilən terror aktı barədə son məlumatları verib - VİDEO
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.