AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycanda EDM-lərin sayı açıqlandı

Bu artımın dəstəklənməsi məqsədilə elektrikdoldurma məntəqələrinin inkişafı diqqət mərkəzindədir.
Sputnik
BAKI, 23 oktyabr — Sputnik. "Bu ilin 9 ayında Azərbaycanda elektrik mühərrikli nəqliyyat vasitələrinin sayı 60 faiz artıb".
Sputnik Azərbaycan xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov "Gələcək üçün dayanıqlı nəqliyyat" tədbirində bildirib.
O qeyd edib ki, bu artımın dəstəklənməsi məqsədilə elektrikdoldurma məntəqələrinin inkişafı diqqət mərkəzindədir:
"Hazırda ölkə üzrə quraşdırılmış 184 elektrikdoldurma məntəqəsi (EDM) var. Azərbaycan son illər dayanıqlı nəqliyyat sektorunun yaradılmasında böyük addımlar atıb. Rəqəmsallaşdırma nəqliyyat keyfiyyətinin yüksəldilməsi üçün böyük rol oynayır.
Paris sazişinə qoşulan ölkə kimi daha dayanıqll gələcək üçün konkret addımların atılmasını vacib hesab edirik. Qarşıdan gələn ildə dəmir yolu üçün 7 yeni qatarla yenilənməsi aparılan işlərin təzahürüdür. Azərbaycan hökuməti hərəkət təhlükəsizliyinin təmin olunması, ekoloji təmiz nəqliyyat vasilərindən istifadə edilməsi və sair layihələri həyata keçiriləcək".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.