BAKI, 23 oktyabr — Sputnik. TUSAŞ-ın istehsal obyektində törədilən terror aktında 4 nəfər ölüb, 14 nəfər yaralanıb.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan Kazanda Rusiya Prezidenti Vladimir Putinlə görüşündə deyib.
Türkiyədə hadisə yerində
© AP Photo / Yavuz Ozden
***
Ankaranın Kahramankazan rayonunda yerləşən Türk Aerokosmik Sənayesinə (TUSAŞ) hücumu həyata keçirən 3 terrorçudan ikisi zərərsizləşdirilib.
Polis xüsusi təyinatlıları digər terrorçunun zərərsizləşdirilməsi istiqamətində əməliyyatı davam etdirir.
Türkiyə Respublika Baş Prokurorluğu terror aktı ilə bağlı araşdırma başladıb.
Azərbaycan XİN Türkiyədə törədilmiş terror aktını pisləyib.
"Qardaş Türkiyədə Türk Aviasiya və Kosmik Sənaye Şirkətində (TUSAŞ) törədilmiş terror aktını qətiyyətlə pisləyirik" - XİN-in yaydığı məlumatda deyilir.
“Bu xain terror aktı nəticəsində şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyirik! Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır!” - XİN-dən bildirilib.
***
Ankaranın Kahramankazan rayonunda yerləşən Türk Aerokosmik Sənayesinin (TUSAŞ) qarşısında atışma davam edir. İçəridə girovların olduğu bildirilir.
"SABAH" qəzetinin məlumatına görə, yerli vaxtla saat 15:20 radələrində girişdə kamikadze hücumu həyata keçirilib.
Türkiyə daxili işlər naziri Ali Yerlikaya "X" platformasında terror hadisəsinin baş verdiyini, ölən və yaralananların olduğunu vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.