DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə BRİKS ilə əlaqələri genişləndirmək istəyir - Ərdoğan

Ərdoğan daha əvvəl Türkiyənin ŞƏT, BRİKS və ASEAN ilə əməkdaşlığı gücləndirmək niyyətində olduğunu və bu istiqamətdə mühüm addımlar atdığını bildirib.
Sputnik
BAKI, 22 oktyabr — Sputnik. Türkiyə BRİKS ilə əlaqələri genişləndirmək istəyir və Kazan sammitində məhsuldar prosesə ümid edir. Bunu Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan deyib.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bundan əvvəl jurnalistlərə bildirib ki, BRİKS ilə bu və ya digər formada əməkdaşlıq etmək istəyən dövlətlərin sayı, o cümlədən assosiasiyanın Kazanda keçiriləcək sammiti indiyədək keçirilən ən böyük xarici siyasət tədbiri olacaq.
Uşakov Türkiyənin BRİKS-də tam iştirak üçün ərizə təqdim etdiyini də təsdiqləyib, Ərdoğanın sammitdə iştirak edəcəyini Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlayıb.

"Cənab Putinin dəvəti ilə biz sabah Tatarıstanın paytaxtı Kazana gedəcəyik, BRİKS ilə əməkdaşlığımızı genişləndirmək istəyirik. Kazanda məhsuldar proses olacağına ümid edirik", -Türkiyə lideri partiya üzvləri qarşısında çıxış edərkən deyib.

Ərdoğan daha əvvəl Türkiyənin ŞƏT, BRİKS və ASEAN ilə əməkdaşlığı gücləndirmək niyyətində olduğunu və bu istiqamətdə mühüm addımlar atdığını bildirib.
BRİKS 2006-cı ildə yaradılmış dövlətlərarası birlikdir. Rusiya 2024-cü il yanvarın 1-dən təşkilatın sədri postunu tutur. Rusiya Federasiyasından başqa, Braziliya, Hindistan, Çin və Cənubi Afrika, 2024-cü ilin əvvəlindən Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanı BRİKS-ə qoşulub. Rusiyanın BRİKS-ə sədrliyi ədalətli qlobal inkişaf və təhlükəsizlik üçün çoxtərəfliliyin gücləndirilməsi şüarı altında keçirilir. Rusiya Federasiyası sədrliyi çərçivəsində 200-dən çox siyasi, iqtisadi və sosial tədbir təşkil edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.