CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 22 oktyabr – FOTO

Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
Sputnik
BAKI, 22 oktyabr — Sputnik. Oktyabrın 22-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Oktyabrın 22-də kimlər anadan olub?
İvan Bunin (1870-1953) - rusiyalı yazıçı, şair və tərcüməçidir. O, 1933-cü ildə ədəbiyyat üzrə Nobel mükafatı alan ilk rusiyalı yazıçı olub. Yazıçı "Kənd", "Arsenyevin həyatı", "Analar" və s. əsərlərin müəllifidir.
İvan Bunin
Spartak Mişulin (1926–2005) - Sovet və Rusiya teatr və kino aktyoru, RSFSR xalq artistidir. Aktyor Vladimir Motılin "Səhranın ağ günəşi" filmində Səid və Vladimir Bıçkovun "Respublikanın var-dövləti" filmində Tarakanov rollarını oynadıqdan sonra populyarlığı daha da artıb.
Spartak Mişulin
Lev Yaşin (1929-1990) - Sovet futbolçusu və qapıçısıdır. O, 1956-cı ildə Olimpiya çempionu, 1960-cı ildə Avropa çempionu, beşqat SSRİ çempionu, üçqat SSRİ kubokunun qalibi və SSRİ-nin əməkdar idman ustasıdır. Lev Yaşin tarixdə "Qızıl top" alan yeganə qapıçıdır.
Lev Yaşin
Katrin Denyov (1943) - fransız aktrisa və müğənnidir. O, "Varlıların həyatı", "Günorta gözəli" və s. filmlərdə rol alıb.
Katrin Denyov
Robertino Loretti (1947) - yeniyetmə yaşlarında dünya şöhrəti qazanmış italyan müğənnisidir. Uşaqlıqda diskant kimi oxuyub, yetkinlik yaşlarında isə bariton tenor kimi oxumağa başlayıb.
Robertino Loretti
22 oktyabr tarixində dünyada baş verən tarixi hadisələr
1730-cu ildə Volxov və Neva çaylarını birləşdirən Ladoqa gölünün sahilində tikilmiş Ladoqa kanalının açılışı olub. XVIII əsrin əvvəllərində kanal Avropanın ən böyük hidrotexniki qurğusu olub.
1922-ci ildə A.N.Tupolev adına Rusiya Aviasiya Konstruktor Bürosu yaradılıb.
1938-ci ildə amerikalı fizik və ixtiraçı Çester Karlson Nyu-Yorkdakı ev laboratoriyasında tarixdə ilk dəfə kseroks edib.
1995-ci ildə Beynəlxalq Kəkələyənlər Günü təsis edilib.
2009-cu ildə "Windows" korporasiyası rəsmi olaraq "Windows 7" əməliyyat sistemini təqdim edib.
2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan ordusu Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli kəndlərini, Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstalıbəyli, Dərzili kəndlərini erməni işğalından azad edib. Zəngilan rayonunun Kolluqışlaq, Malatkeşin, Kend Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndləri və Ağbənd qəsəbəsi də işğaldan azad edilib.