BAKI, 22 oktyabr - Sputnik. RİA Novosti-nin xəbərinə görə, Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının İdarə Heyətinin üzvü, Rusiya Gübrə İstehsalçıları Assosiasiyasının (RAPU) rəhbəri Andrey Quryev Rusiya Prezidenti Vladimir Putin və Çin Dövlət Başçısı Si Cinpin arasında keçirilən görüşdə BRİKS ölkələrinin biznesi tərəfindən SWIFT-in Çin analoqundan istifadənin genişləndirilməsini dəstəkləməyi xahiş edib.
Quryev Kazanda keçirilən BRİKS sammiti çərçivəsində Putin və Si Cinpin arasında keçirilən görüşdə iştirak edib.
SWIFT
© Sputnik / Murad Orujov
“Təhlükəsiz ödəniş sisteminin qurulmasında mühüm element bankların SWIFT-in Çin analoqu olan CIPS-də (Transsərhəd Banklararası Ödəniş Sistemi) fəal iştirakı ola bilər. Biz hökumət səviyyəsindən xahiş edirik ki, BRİKS üzvü olan ölkələrdə biznes tərəfindən CIPS-dən istifadənin genişləndirilməsinə dəstək göstərilsin”, - Quryev deyib.
Assosiasiya rəhbəri qeyd edib ki, Rusiya və Çin şirkətlərinin qarşısında Qərb ölkələrinin bank infrastrukturu vasitəsilə ödənişlər həyata keçirərkən risklərin azaldılması kimi təxirəsalınmaz vəzifə durur.
“Bunu BRİKS məkanında Çin maliyyə institutlarının istifadəsini genişləndirməklə həll etmək olar”, - Quryev əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.