BAKI, 22 oktyabr - Sputnik. Avrasiya İqtisadi Komissiyasının (AİK) gömrük əməkdaşlığı üzrə naziri Ruslan Davıdov Qazaxıstanda işgüzar səfərdə olub. O, respublikanın maliyyə nazirinin müavini Yerjan Birjanov və Dövlət Gəlirləri Komitəsinin sədri Jandos Duysembiyevlə görüşüb.
Tərəflər gömrük sektorunda əməkdaşlığın cari məsələlərini, eləcə də Aİİ gömrük orqanlarının fəaliyyətində rəqəmsal həllərin tətbiqini müzakirə ediblər.
Qazaxıstanlı həmkarlar Keden gömrük rəsmiləşdirilməsi sisteminin (hazırda sınaq rejimində işləyir) tətbiqi, elektron qaimə-fakturalar və malların izlənməsi sisteminin tətbiqi planlarını bölüşüblər.
İclas zamanı Aİk-nin Gömrük Əməkdaşlığı Naziri Aİİ keçid məntəqələrinin gömrük infrastrukturu üçün vahid tələblərin formalaşdırılmasının zəruriliyinə diqqət çəkib.
Bu sahədə qabaqcıl təcrübənin, o cümlədən Qazaxıstanda yenidənqurma işləri başa çatan beş nəzarət-buraxılış məntəqəsindən birində öyrənilməsi barədə razılıq əldə olunub.
Səfərin nəticələrinə əsasən, qarşılıqlı fəaliyyətin perspektiv istiqamətləri müəyyən edilib ki, onların həyata keçirilməsi Aİİ-də vahid gömrük tənzimlənməsinin formalaşdırılması vəzifəsinin həllini sürətləndirəcək.
Bu, elektron naviqasiya möhürləri sisteminin son istifadəyə verilməsi, vahid gömrük tranzit sisteminin yaradılması və Aİİ və AİK ölkələri arasında gömrük məlumatlarının mübadiləsinin qurulmasıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.