BAKI, 22 oktyabr - Sputnik. BMT-nin baş katibi Antonio Quterreş Kazanda keçirilən BRİKS sammitində Rusiya prezidenti Vladimir Putinlə görüşdə Ukrayna böhranının həlli ilə bağlı mövqeyini təsdiq edəcək - bu, BMT Nizamnaməsi əsasında həll edilməlidir. RİA Novosti-nin xəbərinə görə, bu bartədə BMT rəhbərinin ofisinin yaydığı məlumatda deyilir.
“Baş katib məlum mövqeyini təkrarlayacaq” Bu barədə Ümumdünya Təşkilatının baş katibinin mətbuat katibinin müavini Fərhan Haq jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib. O, xatırladıb ki, böhran “BMT Nizamnaməsi, beynəlxalq hüquq və Birləşmiş Millətlər Təşkilatının qətnamələri” əsasında həll edilməlidir. Quterreş Qara dənizdə təhlükəsiz naviqasiyanı bərpa etmək üçün “səyləri davam etdirəcək”, - Hak əlavə edib.
BRICS-in Kazan sammiti oktyabrın 22-dən 24-dək keçiriləcək və Rusiyada indiyə qədər keçirilən ən böyük xarici siyasət tədbiri olacaq. Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, sammitdə 36 ölkə (onlardan 22-si yüksək səviyyədə) təmsil olunacaq, altı beynəlxalq təşkilatın rəhbəri də tədbirə gələcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.