FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Kazan BRİKS-in ilk qonaqlarını qarşılayır - fotolent

Oktyabrın 22-dən 24-dək Kazanda dövlət başçılarının iştirakı ilə BRİKS sammiti keçirilir.
Sputnik
BAKI, 22 oktyabr - Sputnik. Kazanda başlayan BRİKS sammitində 36 ölkə və 6 beynəlxalq təşkilatın nümayəndə heyəti iştirak edir. İştirakçılar arasında 22 dövlət başçısı və BMT-nin baş katibi Antonio Quterreş də var.
Oktyabrın 22-dən 24-dək Kazanda dövlət başçılarının iştirakı ilə BRİKS sammiti keçiriləcək. BRİKS 2006-cı ildə Rusiya, Çin, Hindistan və Braziliya tərəfindən yaradılmış dövlətlərarası birlikdir. Rusiya 2024-cü il yanvarın 1-dən təşkilatın sədri postunu tutur.
Sammit iştirakçıları BRİKS-in iqtisadi alətlərinin inkişafı və təşkilatın genişləndirilməsi perspektivlərini müzakirə edəcəklər. Rusiya hazırda BRİKS-ə sədrlik edir. Rusiyanın BRİKS-ə sədrliyi ədalətli qlobal inkişaf və təhlükəsizlik üçün çoxtərəfliliyin gücləndirilməsi şüarı altında keçirilir. Rusiya Federasiyası sədrlik dövründə 200-ə qədər tədbir keçirib ki, bununla da sədrlik planının icrasını 80%-dən çoxunu yerinə yetirib.
Hazırda BRİKS-də 10 ölkə iştirak edir: Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika, Misir, İran, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Efiopiya.
Cari ilin iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub. Bəyannamənin 4.5-ci bəndinə əsasən, Azərbaycan tərəfi BRİKS-ə daxil olmaq arzusunu ifadə edib və Çin tərəfi BRİKS əməkdaşlığında Azərbaycanın iştirakını alqışlayıb. Bu ilin iyulunda Azərbaycan tərəfi BRİKS-ə daxil olmaq üçü rəsmi müraciət edib.
1 / 12

Hindistanın baş naziri Narendra Modi Kazan hava limanında qarşılanma mərasimi zamanı.

2 / 12

Hindistanın baş naziri Narendra Modinin Kazan hava limanında qarşılanma mərasimi.

3 / 12

Şri-Lanka xarici işlər nazirinin birinci müavini Aruni Vidjevardane (sağdan ikinci) BRİKS-in 16-cı sammitində iştirak etmək üçün Kazana gedib.

4 / 12

Çin Xalq Respublikasının Sədri Si Cinpin Kazan hava limanında qarşılanma mərasimi zamanı.

5 / 12

Kazanda keçiriləcək XVI BRİKS sammitinə hazırlıq. Sammit oktyabrın 22-24-də keçiriləcək.

6 / 12

Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa (solda) Kazan hava limanında.

7 / 12

Efiopiyanın baş naziri Abiy Əhməd Əli Kazan hava limanında qarşılanma mərasimi zamanı.

8 / 12

Venesuela Bolivar Respublikasının icraçı vitse-prezidenti, iqtisadi məsələlər üzrə vitse-prezidenti, neft üzrə xalq hakimiyyəti naziri Delsi Eliona Rodriqes Qomez Kazan hava limanında qarşılanma mərasimi zamanı.

9 / 12

Hindistanın baş naziri Narendra Modinin Kazan hava limanında qarşılanma mərasimi.

10 / 12

Braziliyanın xarici işlər naziri Mauro Luiz İeker Vieyra Kazan hava limanında qarşılanma mərasimi zamanı.

11 / 12

Misir prezidenti Əbdülfəttah əs-Sisi (solda) Kazan hava limanında qarşılanma mərasimi zamanı.

12 / 12

Kazanda keçiriləcək XVI BRİKS sammitinə hazırlıq.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.