TƏHSİL

Hacı Zeynalabdin Tağıyevin tikdirdiyi məktəbdə dərslər dayandırıldı

Məktəbdən bildirilib ki, sabahdan məktəbdə tədris bərpa olunacaq.
Sputnik
BAKI, 22 oktyabr — Sputnik. Bakının 123 nömrəli tam orta məktəbinin həyətyanı ərazisində yağış yaratdığı fəsad dərslərin dayandırılmasına səbəb olub. Bu barədə Sputnik Azərbaycan-a valideynlər məlumat verib.
Məktəbdən Sputnik Azərbaycan-a bildirilib ki, dərslər bugünlük dayandırılıb. Sabahdan məktəbdə tədris bərpa olunacaq. Hadisə zamanı xəsarət alan olmayıb.
Qeyd edək ki, 123 saylı məktəb 1894-cü il sentyabr ayının 27-də Bakının Mərdəkan qəsəbəsində görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev tərəfindən tikdirilib. Əvvəlcə məktəb imkanı zəif olan şagirdlər üçün iki sinifli bağçılıq məktəbi kimi fəaliyyətə başlayıb. Burada təhsil alan oğlan uşaqları bağçılıq sənətinin müxtəlif sirlərinə yiyələnirdilər.
Məhşur yazıçı Qılman İlkin, akademik Fuad və Feyzulla Qasımzadələr, Azərbaycanın bir sıra digər görkəmli elm, incəsənət və mədəniyyət xadimləri bu məktəbin yetirmələri olublar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.