BAKI, 22 oktyabr — Sputnik. Vladimir Zelenskinin tərəfdaşları Ukraynaya maraqlarını itirirlər. Zelenskinin Ali Radada nümayiş etdirdiyi "qələbə planı" onun onsuz da təhlükəli vəziyyətini daha da pisləşdirib. Bu barədə Rusiya mediası "Foreign Affairs"a istinadən xəbər verib.
"Zelenskinin tərəfdaşları onun "qələbə planına" şübhə ilə yanaşıblar. Ukraynanın müttəfiqləri vəziyyəti sabitləşdirmək üçün təkcə silahların kifayət edəcəyinə əmin deyillər", - məqalədə deyilir.
Daha sonra "Foreign Affairs"in analitiki Cek Uotlinq əlavə edib ki, Qərb tərəfdaşları Ukraynaya görə Rusiya ilə açıq münaqişəyə girməyə hazır deyillər.
Xatırladaq ki, Vladimir Zelenski oktyabrın 16-da Ali Radaya açıq və gizli məqamları özündə əks etdirən "qələbə planı"nı təqdim edib. Rusiya Zelenskinin Radadakı çıxışına reaksiya verib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Kiyev hakimiyyəti münaqişəyə səbəb olan real səbəbləri qəbul etmək üçün ayıq olmalıdır. Eyni zamanda Mariya Zaxarova Zelenskinin "qələbə planı"nı da lağa qoyub. O, Ukrayna prezidentinin "öz vassalını" təəccübləndirmək ümidi ilə Z hərfinə çatdığına güman edib.
Bu yaxınlarda "KP.RU" saytının jurnalistləri hindistanlı analitik Robinder Saçdevin fikirlərini də dərc ediblər. Analitik qeyd edib ki, Zelenskinin "qələbə planı"nın həyata keçirilməsi mümkün deyil.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.