RUSİYA

BRİKS-də əməkdaşlıq dollara qarşı yönəlməyib – Peskov

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "The Economist" nəşrinin BRİKS sammitində guya "dollar üzərində qələbə planı"nın müzakirəsi barədə yazısını şərh edib.
Sputnik
BAKI, 22 oktyabr — Sputnik. BRİKS çərçivəsində əməkdaşlıq dollara və digər valyutalara qarşı yönəlməyib, əsas məqsəd bu formatda iştirak edən ölkələrin maraqlarını təmin etməkdir.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "RİA Novosti"yə bildirib.

"BRİKS çərçivəsində əməkdaşlıq nə dollara, nə də digər valyutalara qarşı yönəlməyib. Əsas məqsəd bu formatda iştirak edən ölkələrin maraqlarını təmin etməkdir", - Peskov "The Economist" nəşrinin BRİKS sammitində guya "dollar üzərində qələbə planı"nın müzakirəsi barədə yazısını şərh edərkən "RİA Novosti"yə bildirib.

Xatırladaq ki, bu gün Kazanda BRİKS dövlət başçılarının iştirakı ilə sammit işinə başlayır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.