PAYTAXT XƏBƏRLƏRİ

Bakıda ev sökülərkən xəsarət alanların son durumu açıqlandı

Söküntü işlərinin aparılması zamanı xəsarət alan hər iki şəxsə ilkin tibbi yardım olunub.
Sputnik
BAKI, 22 oktyabr — Sputnik. Bakının Yasamal rayonu Birinci Alatava yaşayış massivində söküntü zamanı iki nəfər xəsarət alıb. Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Ruzbeh Məmmədov Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirib ki, sakinlər evdə olarkən söküntü işlərinin aparılması zamanı xəsarət alan hər iki şəxsə ilkin tibbi yardım olunub. Onların vəziyyəti stabil olduğu üçün evə buraxılıblar.
Qeyd edək ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi görülmüş operativ tədbirlər nəticəsində Alatava yaşayış məntəqəsində başlanılmış özbaşına söküntü işlərinin tamamilə dayandırıldığını və ərazinin ciddi nəzarətə götürüb.
İddialara görə, söküntünü həyata keçirən "Melissa" tikinti şirkətidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.