Mətbuat mərkəzi

ANONS - Azərbaycanın BRİKS-də perspektivləri

"Sputnik Azərbaycan" multimedia mətbuat mərkəzində iqtisad elmləri doktoru, professor Elşad Məmmədov məsələ ilə bağlı fikirlərini bölüşəcək.
Sputnik
BAKI, 22 oktyabr — Sputnik. Oktyabrın 22-də Kazanda BRİKS-in 16-cı sammiti başlayır. Sammitin təşkilatçılarının fikrincə, BRİKS-in məşğul olduğu məsələlərin geniş spektrini üç sahəyə bölmək olar: siyasi, iqtisadi və humanitar. Bundan əlavə, Rusiyanın BRİKS-ə sədrliyi dövründə ona üzv ölkələr yeni üzv dövlətlərin rəvan inteqrasiyasını təmin etmək üçün hər şeyi ediblər, həmçinin hesablaşma və maliyyə infrastrukturunu müzakirə etmək üçün çox vaxt ayırıblar.
Kazanda keçiriləcək sammitə ölkələrdən 36, beynəlxalq təşkilatlardan isə 6 nümayəndə heyətinin qatılacağı gözlənilir. Bunlardan 22 nümayəndə heyəti ən yüksək səviyyədə təmsil olunacaq. Tədbirin hörmətli qonaqları arasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də var. Bir gün əvvəl Bakı onun bu struktura üzv qəbul edilməsi ilə bağlı rəsmi müraciət edib.
Odlar Yurdu Universitetinin İqtisadiyyat və iqtisadi əlaqələr kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Elşad Məmmədov oktyabrın 23-ü saat 12:00-da "Sputnik Azərbaycan" multimedia mətbuat mərkəzindəki mətbuat konfransında BRİKS sammitinin Azərbaycan üçün hansı perspektivlər açmasından danışacaq.
Elşad Məmmədov
Əlaqələr:
Telefonlar: 404-13-84/85
"Sputnik Azərbaycan" multimedia mətbuat mərkəzi aşağıdakı ünvanda yerləşir: Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M, 4-cü mərtəbə.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.