DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Zelenski ukraynalı gənclərin ölkədən qaçdığını etiraf edib

Zelenski səfərbərlik yaşının mümkün azaldılması ilə bağlı sualı cavablandırıb.
Sputnik
BAKI, 21 oktyabr — Sputnik. Ukrayna lideri Vladimir Zelenski "gənclərin ölkədən qaçışının davam etdiyini" söyləyib.
Bu etiraf telemarafon zamanı edilib.
"İnsanların xaricə axını var" – o deyib.
Zelenski səfərbərlik yaşının mümkün azaldılması ilə bağlı sualı cavablandırıb.
Onun sözlərinə görə, Qərb dövlətləri Kiyevi bu təşəbbüsü həyata keçirməyə çağırır. Eyni zamanda, Ukrayna hakimiyyəti hazırda səfərbərlik üçün yaş həddini aşağı salmaq niyyətində deyil.
Bundan əvvəl Ukraynanın keçmiş xalq deputatı Spiridon Kilinkarov bildirmişdi ki, Qərb Ukraynanın qarşısında səfərbərlik yaşını 17 ilə endirmək vəzifəsini qoyub.