CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 21 oktyabr – FOTO

Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
Sputnik
BAKI, 21 oktyabr — Sputnik. Oktyabrın 21-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Oktyabrın 21-də kimlər anadan olub?
Xəlil Rza Ulutürk (1932 - 1994) - Azərbaycanın xalq şairi, tənqidçi, ədəbiyyatşünas və tərcüməçidir. O, yaradıcılığı boyu öz əsərlərində Vətən məhəbbəti, torpaq sevgisi, sülh, əmin-amanlıq, azadlıq kimi dəyərləri tərənnüm edib.
Xəlil Rza Ulutürk
Alfred Nobel (1833 - 1896) - isveçli kimyaçı, mühəndis, dinamit ixtiraçısı, sahibkar və filantropdur (xeyriyyəçi). O, böyük sərvətini fizika, kimya, fiziologiya yaxud tibb, ədəbiyyat sahəsində ən mühüm nailiyyətlərə və sülhün möhkəmləndirilməsinə verdiyi töhfələrə görə verilən mükafatların təsis edilməsini vəsiyyət edib. Sintezləşdirilmiş kimyəvi element Nobelium onun şərəfinə adlandırılıb.
Alfred Nobel
Lilian Betankur (1922 - 2017) - fransız sahibkar və xeyriyyəçidir. O, 1909-cu ildə atası tərəfindən qurulan "L'Oréal"ın ortaq sahibi olub. 44,6 milyard ABŞ dolları (2017-ci ilin yanvar ayı) sərvəti ilə o, dünyanın ən zəngin qadınlarından biri sayılıb.
Lilian Betankur
Nikita Mixalkov (1945) - Sovet və Rusiya kinorejissoru, kinoaktyor, teleaparıcı və RSFSR xalq artistidir. O, 1998-ci ildən Rusiya Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin sədri, həmçinin 1999-cu ildən Moskva Beynəlxalq Film Festivalının prezidenti olub. Nikita Mixalkov Xarici dildə ən yaxşı filmə görə "Oskar" mükafatı laureatıdır.
Nikita Mixalkov
Qlen Pauell (1988) - amerikalı aktyor, ssenarist və prodüserdir. O, "Fastfud milləti", "Böyük mübahisəçilər", "Qaranlıq cəngavər: Əfsanənin dirçəlişi" və s. filmlərdə rol alıb.
Qlen Pauell
21 oktyabr tarixində dünyada baş verən tarixi hadisələr
1721-ci ildə Rusiya rəsmi olaraq imperiyaya çevrilib.
1824-cü ildə ingilis Cozef Aspdin sementi patentləşdirib.
1923-cü ildə Münhendə dünyada ilk planetari açılıb.
1934-cü ildə Çində Mao Tszedunun başçılığı ilə Çin kommunistlərinin "Böyük yürüşü" başlayıb.
2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan ordusu Zəngilan rayonunun Mincivan qəsəbəsini və 13 kəndini - Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndlərini erməni işğalından azad edib. Bütün bunlarla yanaşı, Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri, Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndləri də işğaldan azad edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.