RUSİYA

Rusiya XİN: Rusiya Federasiyasının yeni bölgələri sövdələşmə predmeti deyil

Polişçukun fikrincə, sülh danışıqlarının əsasını Ukraynadakı böhranın əsas səbəblərini aradan qaldırmaq vəzifəsi təşkil etməlidir.
Sputnik
BAKI, 21 oktyabr — Sputnik. Rusiyanın yeni regionlar və orada yaşayan insanlar sövdələşmə predmeti ola bilməz. Bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin direktoru Aleksey Polişçuk bildirib.
O, mediada sülh danışıqlarının əsasının Rusiyanın yeni ərazilər üzərində nəzarəti müqabilində Ukrayna üçün təhlükəsizlik təminatları ola biləcəyi barədə məlumatları belə şərh edib.
Polişçukun fikrincə, sülh danışıqlarının əsasını Ukraynadakı böhranın əsas səbəblərini aradan qaldırmaq vəzifəsi təşkil etməlidir.
"Bunlara NATO-nun genişlənməsi, Qərbin bölünməz təhlükəsizlik prinsipini pozmaması, Kiyevin insan hüquq və azadlıqlarını, xüsusən də milli azlıqların və rusdilli vətəndaşların hüquqlarını qoruması daxildir", - Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.
Oktyabrın əvvəlində "Financial Times" yazıb ki, Ukrayna hakimiyyəti qapalı qapılar arxasında Rusiyanın işğal olunmuş ərazilərə nəzarəti saxlaması, Ukraynanın qalan hissəsinin isə NATO-ya qoşulması və ya ona ekvivalent təhlükəsizlik təminatları alması barədə sazişdən danışır. Vladimir Zelenski "qələbə planı"nın bir hissəsi olaraq, hərbi münaqişə bitməmiş Ukraynanın NATO-ya dəvət edilməsində israr edir. Aleksey Polişçuk həmçinin dost ölkələrə Vladimir Zelenskinin planını dəstəkləməmək barədə xəbərdarlıq edib.