BAKI, 21 oktyabr — Sputnik. Prezidentin mətbuat katibi Dmitri Peskov Şimali Koreya hərbçilərinin xüsusi hərbi əməliyyatda iştirak etmək üçün Rusiyaya göndərilməsi ilə bağlı məlumatı şərh edib.
O, məlumatlarıziddiyyətli adlandırıb və onlara şübhə ilə yanaşmağaçağırıb. Peskov vurğulayıb ki, Rusiya ilə Şimali Koreya arasında əməkdaşlıq üçüncü ölkələrin narahatlığına səbəb olmamalıdır.
"Biz çoxlu ziddiyyətli məlumatlar görürük. Cənubi koreyalılar bir şey deyir, sonra Pentaqon deyir ki, onlarda belə bəyanatların təsdiqi yoxdur, ona görə də çoxlu ziddiyyətli məlumatlar var", - Dmitri Peskov bildirib.
Prezidentin mətbuat katibi əlavə edib ki, Rusiya ilə Şimali Koreya arasında əməkdaşlıq bütün sahələrdə inkişaf edir. Onun sözlərinə görə, Moskva və Pxenyanın hərəkətləri üçüncü ölkələrə qarşı yönəlmədiyi üçün iki ölkə arasında münasibətlər narahatlıq yaratmamalıdır.